CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı facebook istifadəçiləri üçün vacib xəbər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidFacebook sosial şəbəkəsi
Facebook sosial şəbəkəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Internet World Stats"ın məlumatına görə, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 2016-cı ilin statistikasına görə, 1,8 milyon nəfər təşkil edir

BAKI, 6 noyabr — Sputnik. Azərbaycanda "Facebook" istifadəçilərinin şəxsi məlumatları lokallaşdırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə "Azintelecom" şirkətindən məlumat verilib.

Şirkət hazırda istifadəçilərin məlumatlarının ehtiyat mərkəzinin yaradılması üzərində iş aparır ki, bu da gələcəkdə Azərbaycanda "Facebook" istifadəçilərinin şəxsi məlumatlarını lokallaşdırmağa imkan verəcək.

Şirkət nümayəndəsinin sözlərinə görə, məlumatların coğrafi rezervləşdirilməsi istifadəçilərin şəxsi məlumatlarının ikiqat təhlükəsizliyini təmin etməyə imkan verəcək.

"Internet World Stats"ın məlumatına görə, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 2016-cı ilin statistikasına görə, 1,8 milyon nəfər təşkil edir.

Xəbər lenti
0