Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir

© Sputnik / Khalid Mammadov"Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il mövzusunda beynəlxalq elmi konfrans keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda "Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

BAKI, 2 noyabr — Sputnik. Prezident İlham Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən, bu gün Bakıda, "Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, "Azərbaycan Tarix Qurumu" və "Azərbaycan Tarixçiləri" ictimai birlikləridir.

Ordu - Sputnik Azərbaycan
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfini xilas edən üsyan

Elmi konfransı AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir: "Dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Bütün Şərq üçün biz nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan 5 il sonra, yəni, 1923-cü ildə yaradılıb".

İnstitut direktoru bildirib ki, ulu öndər Heydər Əliyevin vəsiyyətinə əsasən, Tarix İnstitutu 2004-2005-ci illərdə iki cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" çap etdirib: "Ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir".

Tarix İnstitutunun şöbə müdiri, "Azərbaycan Tarix Qurumu" İctimai Birliyinin sədri Tofiq Mustafazadə konfrans iştirakçılarına dövlət başçısının sərəncamı barədə ətraflı məlumat verib.

Alimlər Fəzail İbrahimli, İradə Bağırova, Sevinc Əliyeva, Atilla Jorma və başqaları qeyd ediblər ki, 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib.

Konfransda bildirilib ki, Əli bəy Hüseynzadənin "Türkləşmək, islamlaşmaq, müasirləşmək" düsturu, məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb.

Beynəlxalq konfrans "1917-ci il fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət", "Rusiya müsəlmanlarının I qurultayı", "Oktyabr çevrilişi və Azərbaycan" və "Azərbaycan xalqının və Rusiya imperiyasının digər xalqlarının azadlıq hərəkatı" adlı dörd bölmədə fəaliyyət göstərib.

Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən — Albaniya, Türkiyə, Rusiya, Özbəkistan, Polşa, Finlandiya və başqa ölkələrdən olan alimlər elmi məruzələrini təqdim ediblər.

Xəbər lenti
0