CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda lombarda silahlı basqın edildi

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətkar basqın zamanı oyuncaq tapançadan istifadə edib

BAKI, 25 oktyabr — Sputnik. Bakıda lombarda basqın olub. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində fəaliyyət göstərən lombarda gələn naməlum şəxs orada işləyən Anar Əliyevi tapança ilə hədələyərək, pul və qızıl tələb edib.

İsti izlərlə həyata keçirilən tədbirlər nəticəsində hadisənin Bakı şəhər sakini Kamran Allahverdiyev tərəfindən törədilməsi müəyyən edilib.

Ondan hadisədə istifadə etdiyi oyuncaq tapança götürülüb.

Xəbər lenti
0