CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana gələn turistlərin sayında artım var

© Sputnik / Murad OrujovƏrəb ölkələrindən turist axınına artıq həm özümüz öyrəşmişik, həm gözümüz
Ərəb ölkələrindən turist axınına artıq həm özümüz öyrəşmişik, həm gözümüz - Sputnik Azərbaycan
Abunə olmaq
Bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 6,5 faiz çoxdur

BAKI, 24 oktyabr — Sputnik. 2017-ci ilin yanvar-iyun aylarında səyahət agentlikləri və turoperatorların gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 22,4 milyon manat olub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, bu müəssisələr tərəfindən 29,7 min turistə xidmət göstərilib. Bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 6,5 faiz çoxdur. Xidmət göstərilən turistlərin 19,9 min nəfəri xarici ölkələrə, 6,3 mini ölkə ərazisində səyahət edən Azərbaycan Respublikası vətəndaşları, 3,5 min nəfəri isə Azərbaycana səyahət məqsədilə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub.

Ölkə səyahət agentliklərinə müraciət edərək müvafiq yollayış alan Azərbaycan Respublikası ərazisində səyahət edən ölkə vətəndaşlarının sayı 37,0 faiz, Azərbaycana səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı 66,7 faiz artıb, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7 faiz azalma müşahidə olunub.

Xəbər lenti
0