13:31 23 Oktyabr 2017
Canlı yayım
Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov

Bakıdan Naxçıvana dəmir yolu açılacaq

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
28 0 0

Cavid Qurbanov: "Tikinti işləri başa çatdıqdan sonra biz Bakıdan Naxçıvana 1450 km dəmiryolunu açmış və birləşdirmiş olacağıq"

BAKI, 13 oktyabr — Sputnik. "Naxçıvanla Bakı arasında olan əlaqə Mincivan və Mehri üzərindən idi. İndi bizim iki yolumuz var. Birinci variantda Qarsdan Sədərəyə yol çəklilməlidir. Amma o ərazi Türkiyənin əraizisidir. Onun qiyməti təqribən 2,5 milyard dolların üzərindədir". Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin rəisi Cavid Qurbanov deyib. O, bildirib ki, qeyd olunan yola Türkiyə dövlətinin nə zaman vəsait ayıracağı bəlli deyil.

"Digər yol isə İran yoludur. Hal-hazırda "Şimal-Cənub" layihəsi həyata keçirilir. Azərbaycan prezidenti bu yolun tikintisi üçün 500 milyon dollar kredit ayırıb. Yolun qiyməti təxminən 1 milyard dollardır. İran da yolun torpağının alınması ilə bağlı öhdəliyi öz üzərinə götürüb. Tikinti işləri başa çatdıqdan sonra biz Bakıdan Naxçıvana 1450 km dəmiryolunu açmış və birləşdirmiş olacağıq" — Qurbanov əlavə edib.

Əlaqədar

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılacağı tarix dəqiqləşdi
Qurbanov: “Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə hazırdır”
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılacağı tarix bəlli oldu
Dəmir yolu idarəsindən Bakı-Tbilisi-Qars müjdəsi
Bakı-Tbilisi-Qars layihəsinin dəqiq açılış tarixi məlum oldu

Əsas mövzular