CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

100 dollarlıq cihad, yaxud "Ən-Nüsra Cəbhəsi"nin 5 azərbaycanlı səhra komandiri

© AFP 2023 / Omar haj kadour"Ən-Nüsra Cəbhəsi"nin döyüşçüləri Suriyada, arxiv şəkli
Ən-Nüsra Cəbhəsinin döyüşçüləri Suriyada, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıtda məskən salmış muzdlular "Ən-Nüsra Cəbhəsi"nin gələcək döyüşçülərini yoxlayıb sonra onları islamçı səhra komandirlərinin qərargahına göndərirmişlər

BAKI, 12 oktyabr — Sputnik. Suriyada gedən hərbi əməliyyatlar zamanı ölmüş "ən-Nüsra Cəbhəsi" terror qruplaşmasının cihadçıları — Sabirabad rayonundan olan iki qardaşın arvad və uşaqları barədə hələlik heç nə məlum deyil.

Bu barədə Sputnik Azərbaycan-a Sabirabad rayon hüquq-mühafizə orqanları Rusiya KİV-də yayılmış "ən-Nüsra Cəbhəsi"nin bazasının və Suriyanın İdlib əyalətində 50 terrorçunun məhvi barədə yayılan xəbərləri şəhr edərkən bildiriblər.

Qeyd edək ki, oktyabrın 4-də Rusiya aviasiyası Suriyada "ən-Nüsra Cəbhəsi" qruplaşmasının komandanlığını məhv edib. Eyni zamanda terrorçuların Əbu Muhəmməd əl-Culyani kimi tanınan başçısı da yaralanıb. 12 səhra komandiri, eyni zamanda ən-Culyaninin şəxsi mühafizəsinin rəisi də məhv edilib. Daha əvvəl Rusiya hərbçiləri sözgedən qruplaşmanın 2 min silahlısının öldürüldüyünü xəbər vermişdi. 

Abdulla - Sputnik Azərbaycan
CƏMİYYƏT
İŞİD-ə qoşulmuş azərbaycanlı ailəsinin dəhşətli keçmişi

Bununla belə, "ən-Nüsra Cəbhəsi" o təşkilatlardandır ki, onun sıralarında Azərbaycan vətəndaşları kifayət qədər fəaldırlar. "Ən-Nüsra Cəbhəsi"nin bir çox səhra komandirləri azərbaycanlılardır. Bu təşkilatın sıralarında konkret nə qədər Azərbaycan vətəndaşının olduğu dəqiq məlum deyil.

İdlib əyalətinin şimal-qərb hissəsində son zamanlara qədər "Ən-Nüsra Cəbhəsi" silahlı birləşməsinin 10 minə qədər üzvü vardı. Dünya KİV-lərinin məlumatlarına inansaq, bu təşkilatın üzvlərinin 75%-ə qədərini yerli suriyalı silahlılar, 30%-ni isə əcnəbilər təşkil edir ki, onların da arasında kifayət qədər qafqazlı var. Qafqazlıların sayına görə, "ən-Nüsra Cəbhəsi" Suriyada İŞİD-dən sonra ikinci yeri tutur. 2016-cı ilin iyulunda "ən-Nüsra Cəbhəsi" "Əl-Qaidə" terror təşkilatının təsir dairəsindən çıxıb. "Ən-Nüsra Cəbhəsi"nin döyüşçüləri təkcə Bəşər Əsəd ordusuna qarşı döyüşmürlər, həmçinin Suriya hökuməti yanındakı mühafizə qüvvələri ilə, eləcə də İŞİD və Livan islamçılarının "Hizbullah" hərəkatı dəstələrinin əleyhinə döyüşürlər.

Ötən il saxlanılmış Şirvan şəhər sakini Nofəl Bədirov hüquq-mühafizə orqanlarına "Ən-Nüsra Cəbhəsi"nin islamçılarının MDB ölkələri, eləcə də Azərbaycan vətəndaşlarını necə əməkdaşlığa cəlb etdiklərini, onların "beyinlərini yuduqlarını" anladıb. Bədirov dörd ay ərzində Suriyadakı hərbi əməliyyatlarda iştirak edəndən sonra 2014-cü ilin əvvəllərində — hələ respublikada ölkə sərhədlərindən kənarda silahlı birləşmələrin tərkibində iştirak edən vətəndaşların cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun qəbul olunmamışdan qabaq Azərbaycana qayıdıb. 

Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Türkiyədə qalmaqallı həbs: terror təşkilatının Azərbaycan təmsilçisi həbs edildi

AR Cinayət Məcəlləsinin 283-1 maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunun geriyə qüvvəsi olmadığına görə, Bədirov vətənə qayıtdıqdan sonra həbs olunmayıb.

İki ildən sonra polisə Bədirovun öz evində qadağan olunmuş dini ədəbiyyat saxladığı barədə məlumat daxil olub. Sabirabad rayon Polis İdarəsinin əməkdaşları Bədirovun evində axtarış apararkən orada nəinki dini ədəbiyyat, eləcə də müvafiq məzmunda disklər də aşkarlayıb. İstintaq zamanı kişi müsəlman olduğunu etiraf etsə də, radikal cərəyanın nümayəndəsi olduğunu deməkdən boyun qaçırıb. Onun sözlərinə görə, o, Suriyada baş verənlərin cihad olmadığını başa düşəndən sonra oradan qaçıb.

"Orada tam bir qarışıqlıq var, muzdlu döyüşçülər istədiklərini edərlər. Məni aldatmışdılar, ona görə də ilk fürsətdə qaçdım" — deyə Bədirov bildirib.

Saxlanılan şəxs deyib ki, onu əməkdaşlığa cəlb edənlər ona müharibədə iştiraka görə böyük məbləğdə pul vəd etmişdilər. Amma əslində ona ayda cəmi 100 dollar ödəmişdilər. 

Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə - Sputnik Azərbaycan
Ağazadə: “İŞİD-dən xilas edilən uşaqlara dəstək olmalıyıq”

Oktyabrın 11-də "Ən-Nüsra Cəbhəsi" agentlərinin Bədirovu əməkdaşlığa necə cəlb etdiklərinin təfərrüatları məlum olub. Kişi hüquq-mühafizə orqanlarına respublikanın müxtəlif regionlarından olan "Ən-Nüsra Cəbhəsi"nin beş səhra komandiri haqqında danışıb. Qafqaz ölkələrindən olan bütün döyüşçülər uydurulmuş adlarla fəaliyyət göstərirlər. Bədirov əməkdaşlığa Dağıstan vətəndaşı tərəfindən cəlb edilib. Ehtimal ki, terror təşkilatının "beyinləri yuma" əməliyyatının toruna əsasən daha əlçatan olduğu üçün şimal regionlarının, coğrafi cəhətdən Dağıstana yaxın ərazilərin sakinləri düşürlər.

Bədirov Suriya ərazisinə Türkiyədən keçib, amma dərhal hərbi əməliyyatlarda iştiraka buraxılmayıb. İki həftə ərzində kişi digər muzdlularla bərabər "ən-Nüsra Cəbhəsi"nin Suriyadakı filtrasiya bazasında olublar. Burada onların "saxta" olub-olmadıqlarını yoxlayıblar. Yoxlama həmin vaxt Sumqayıtda olan islamçılar vasitəsilə aparılırmış. Yalnız silahlılar tamamilə əmin olandan sonra ki, Bədirov saxta deyil, onu səhra komandirlərinin ixtiyarına veriblər.

Burada qeyd etmək lazımdır ki, 2013-cü ilin dekabrında Sumqayıtda baş verən atışmalardan sonra xüsusi xidmətlər və daxili işlər orqanları ölkənin təhlükəsizliyini təhdid altında saxlayan şəxslərə qarşı iri həcmli əməliyyat həyata keçirərək onları aşkara çıxardı.

2013-cü ilin 11 dekabr gecəsi 10-cu mikrorayonda, "Sultan" supermarketi yaxınlığındakı çay evində dini sektaların üzvləri arasında odlu silahlardan istifadə etməklə münaqişə baş verib. Çayxananın ziyarətçiləri bu məsələni müzakirə ediblər: "Bəşər Əsəd ordusu ilə müharibəyə döyüşçü göndərmək düzgündürmü və bu cihaddırmı?" Bununla əlaqədar olaraq atışmanın 20-dən çox iştirakçısı, eləcə də xaricilər sektasının başçısı Elçin Əkbərov saxlanılıb. 

Polis xüsusi təyinatlısı İstanbulda keşik çəkir - Sputnik Azərbaycan
HADİSƏ
Türkiyədə dəhşətli terror aktının qarşısı alınıb

Həvariclər və ya xaricilər islam tarixində ilk dəfə müsəlmanların əsas hissəsindən ayrılmış dini-siyasi qruplaşmadır. Xaricilər Müaviyə ilə sülh bağlanandan sonra ilk dəfə qiyam qaldırmış Əli ordusunun 12 min əsgəri idi. Hadisələrin bu cür cərəyan etməsi həzrət Əlinin ordusunda parçalanmaya səbəb oldu. Münaqişənin hakimlərin vasitəsilə həllini rədd edən, sayı 12 minə çatan döyüşçülər həzrət Əlinin ordusundan ayrılaraq (xaric olaraq) Harura adlı məntəqədə toplandı. Onlar "hökm yalnız Allahındır", "Allahdan başqa heç kəsin hökm vermə haqqı yoxdur" şüarları səsləndirir, mübahisənin hakimlər yolu ilə həll edilməsinə razılıq verən həzrət Əli və Müaviyyəni, eləcə də tərəfdarlarını kafirlikdə ittiham edirdilər. Xəvariclər öz məqsədlərinə nail olmaq üçün rəqiblərinin və iğtişaş törədənlərin siyasi qətlinə fərman veriblər.

Zamanla xaricilər müxtəlif qruplara bölündülər: əzrəkilər, ibadilər və başqalarına. Hazırda onların sayı azdır (əsasən Omandadırlar ki, orada da əhalinin əksəriyyətini ibadilər təşkil edir — red.). Şəriət terminologiyasına görə, xaricilər hərəkatın ən qəddar mühafizəkar nümayəndələridir. Onlar öz əqidələrinin doğruluğuna o qədər əmindirlər ki, bunun uğrunda hər an ölməyə, canlarını qurban verməyə hazırdırlar. Heç bir zərurət, əsaslı səbəb olmadan həyatlarını təhlükə qarşısında qoymaqdan çəkinmirlər. Öz dini baxışlarına və siyasi görüşlərinə tərəfdar olmayan, rəhbərlərini xəlifə kimi tanımayan, həzrət Əlini, Osmanı kafir elan edib lənətləməyən hər müsəlmanı kafir sayır, amansızcasına öldürürlər. Xaricilər dövrün siyasi sabitsizliyi və sosial problemlərindən narahat olduqlarını büruzə verir, müsəlmanlar arasında siyasi çəkişmələrin olmamasını, mütləq ədalətin hökm sürməsini, İslamın ilk dövrlərində olduğu kimi qardaşlıq və vəhdətin hakim kəsildiyi cəmiyyət və siyasi sistemin bərqərar olmasını arzulayırlar. Onlar yüksək xəlifəlik vəzifəsinə İslam ehkamını bilən hər bir mömin müsəlmanın, hətta zəncinin seçilə biləcəyini iddia edir, xəlifənin hökmən Qureyş tayfasından olmasına dair sünni və şiə təsəvvürlərini rədd edirlər. Xəlifəni icma mənafeyinin ifadəçisi və müdafiəçisi hesab edən xaricilər müsəlman icmasına sözsüz suverenlik verilməsini siyasi proqramlarının əsas maddəsi elan etmişlər. Onların fikrincə, xəlifəni seçmiş olan ruhanilər icması onun yeritdiyi siyasət müsəlmanların əksəriyyətinin mənafeyinə uyğun gəlmədikdə, onu istədiyi vaxt vəzifəsindən götürə, hətta öldürə bilərlər.

Əməliyyatçılar xaricilər sektasının 210 üzvünü qeydə alıblar. Əsasən Ağsu, Xaçmaz, Şamaxı və Qusar rayonundan olan bu adamlar xaricilərin mərkəzi qərargahı Sumqayıtda yerləşdiyi üçün ora toplaşırlarmış. Lakin profilaktik tədbirlərdən sonra xaricilərin 80%-i öz evlərinə gediblər. Onlara nə üçün sözügedən sekta ilə əlaqələrin və Suriyaya müharibəyə getmək üçün əməkdaşlıq təkliflərinin təhlükəli olduğu izah edilib. Demək olar ki, liderləri Elçin Əkbərovun həbsindən sonra sekta üzvləri qaçıblar.

Bununla belə, Bədirov deyib ki, "beyni yuyulmuş" azərbaycanlılar əsasən diversiya qruplarına daxil olurlar və partizan fəaliyyətlərinə cavabdehdirlər. Kişi özü əmirlərə və səhra komandirlərinə qadın göndərməklə məşğul olurmuş. Bununla belə, hüquq mühafizəçilərinə məlum olub ki, terrorçular üçün qadın və qızları Suriyaya əsasən Tacikistandan aparırlar. Bədirov onların qruplarını Türkiyənin Hatay sərhəddindən keçirirmiş. 

Абдулла из детского приюта в Багдаде - Sputnik Azərbaycan
CƏMİYYƏT
İraqda tapılan azərbaycanlı uşaqların gözyaşardıcı videosu yayıldı

Öz növbəsində Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, onlar "Ən-Nüsra Cəbhəsi"nə qoşulan Azərbaycan vətəndaşlarının dəqiq sayını bilmirlər. Bu yaxınlarda DTX-nin rəisi, general-leytenant Mədət Quliyevin verdiyi məlumata görə, onlara müxtəlif silahlı birləşmələrə, eləcə də "Ən-Nüsra Cəbhəsi"nə daxil olan Azərbaycan vətəndaşları barədə rəqəmlər daxil olmaqdadır.

Qeyd edək ki, DTX-nın açıqladığı statistikaya görə, 900-dək azərbaycanlı qadağan olunmuş radikal terror təşkilatlarına qoşulub. Onlardan 85-i Azərbaycana qayıdıb və hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. 195 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib. Kütləvi şəkildə İraqa gedən azərbaycanlılardan 300-ə qədəri qətlə yetirilib.

Xəbər lenti
0