13:35 23 Oktyabr 2017
Canlı yayım
ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper

Pentaqon nümayəndəsi Azərbaycanda hansı strateji məsələləri müzakirə edib?

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
21 0 0

Pentaqon nümayəndəsi: "ABŞ Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirmək niyyətindədir"

BAKI, 12 oktyabr — Sputnik. "ABŞ Azərbaycanı terrorla mübarizədə mühüm tərəfdaş hesab edir".

"Report" xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper bildirib.

"Azərbaycana hərbi əməkdaşlığımızı necə dərinləşdirə biləcəyimizi nəzərdən keçirmək üçün gəlmişəm. Azərbaycanı terrorla mübarizədə mühüm tərəfdaş hesab edirik" — Kuper vurğulayıb.

O, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiya çərçivəsindəki fəaliyyətini yüksək qiymətləndirib: "94 Azərbaycan əsgəri Əfqanıstandadır və digər ölkələrlə çiyin-çiyinə Əfqanıstanda sülh və sabitliyin bərqərar olması üçün çalışırlar".

Azərbaycana səfərinin məqsədləri barədə danışan Kuper Qafqaz və Cənubi Asiya regionuna yeni yanaşma məsələsinin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası, Dövlət Sərhəd Xidmətində aparılan danışıqlarda əsas mövzulardan biri olduğunu qeyd edib.

"Strateji tərəfdaşla strateji məsələləri müzakirə etmək vacib idi" — o bildirib.

Əlaqədar

Azərbaycan və Britaniya hərbi dənizçilərinin birgə təlimi başlayıb
Azərbaycan hərbi dənizçiləri İrana çatıblar
ABŞ hərbi təyyarəsi qəzaya uğradı
Peskov: "Türkiyə ilə aramızda olan hərbi-texniki əməkdaşlıq..."
Teqlər:
Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Laura Kuper, ABŞ, Azərbaycan

Əsas mövzular