13:45 23 Oktyabr 2017
Canlı yayım
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev yeni nazir təyin etdi

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
90900

Pərviz Şahbazov Prezident Administrasiyasının İşlər idarəsinin müdiri Oqtay Şahbazovun oğludur

BAKI, 12 oktyabr — Sputnik. Azərbaycanın yeni energetika naziri təyin edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Pərviz Şahbazov 2005-2016-cı illərdə Azərbaycanın Almaniyadakı səfiri olub.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayında Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Ailəlidir, iki övladı var. 

Pərviz Şahbazov Prezident Administrasiyasının İşlər idarəsinin müdiri Oqtay Şahbazovun oğludur.

Əlaqədar

Natiq Əliyev son mənzilə yola salındı
Natiq Əliyevin nə vaxt və hansı şəraitdə vəfat etdiyi açıqlandı
Xəstəxana: Nazir Natiq Əliyevin vəziyyəti ağırdır

Əsas mövzular