Azərbaycan prezidentinin Rusiyaya səfəri başa çatıb

Abunə olmaq
Dövlət başçısının Soçi şəhərinə səfəri yekunlaşıb

BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev naharda iştirak edib.

Azərbaycan prezidenti İlham Əliyevin Soçi şəhərinə səfəri oktyabrın 11-də başa çatıb.

Xəbər lenti
0