CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci vitse-prezident: "Düşmənlərimiz hər cür çirkin əməllərə əl atırlar”

© AZƏRTACMehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib
Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan prezidenti İlham Əliyev üçün Azərbaycanın və Azərbaycan xalqının maraqları hər bir şeydən üstündür və biz bu yoldan dönməyəcəyik"

BAKI, 5 oktyabr — Sputnik. “Azərbaycan bu gün güclü və qüdrətli müstəqil dövlətdir. Bizim müstəqil siyasətimiz var. Azərbaycan bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan dövlətdir”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlər üçün Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimində söyləyib.

Birinci vitse-prezident, Azərbaycanın hazırda inkişaf və tərəqqi yolu ilə irəlilədiyini qeyd edib: “Bizim müstəqil siyasətimiz davam edəcək. Biz öz nailiyyətlərimizi görürük, öz gücümüzü dərk edirik. Biz onu da yaxşı başa düşməliyik ki, əgər dostlarımız, tərəfdarlarımız nailiyyətlərimizə sevinirlərsə, düşmənlərimiz heç də sevinmir və hər cür çirkin əməllərə əl atırlar. Amma biz bundan qorxmuruq, biz öz yolumuzla gedirik. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan prezidenti İlham Əliyev üçün Azərbaycanın və Azərbaycan xalqının maraqları hər bir şeydən üstündür və biz bu yoldan dönməyəcəyik”.

Xəbər lenti
0