Lütfi Zadənin cənazəsi Bakıya gətirildi

© Photo : REPORTLütfi Zadənin cənazəsi Bakıya gətirildi
Lütfi Zadənin cənazəsi Bakıya gətirildi - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin nəşi yuyulmaq üçün Heydər Məscidinə aparılıb

BAKI, 29 sentyabr — Sputnik. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin cənazəsi Bakıya gətirilib. 

"Report" xəbər verir ki, dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin nəşi yuyulmaq üçün Heydər Məscidinə gətirilib.

Bu gün saat 11-də Azərbaycan Milli Elmlər Akademiyasında mərhumla vida mərasimi keçiriləcək. Mərasimdən sonra Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq və cənazə namazı qılınacaq.

Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi sentyabrın 6-da, Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib. 

Xəbər lenti
0