QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyevin mesajındakı açıq kontekst: "Düşünür ki, cəzasız qala bilər..."

© REUTERS / Eduardo MunozAzərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı
Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Ermənistan bilsin ki, onun belə həmlələrinə, belə cinayətkar əməlinə Azərbaycan layiqli cavab verəcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında əsas diqqət mərkəzində saxlanılan məqam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti, onun ağır nəticələri və beynəlxalq ictimaiyyətin bir çox hallarda bu məsələlər ilə bağlı tutduğu anlaşılmaz mövqe və xüsusilə də beynəlxalq birliyin mühüm subyekti olan beynəlxalq təşkilatların bu məsələlərdə özlərinin qəbul etdikləri qərarların icra məsələsindəki biganə davranışı ilə bağlıdır".

© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan
Millət vəkili Elman Nəsirov

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, prezident ilk növbədə beynəlxalq ictimaiyyətə çatdırıb ki, Azərbaycan torpaqları bu günə qədər də işğal altındadır: "Bir milyondan çox məcburi köçkün və qaçqınımız var. Eyni zamanda, qeyd etdi ki, Ermənistan rəhbərliyinin tapşırığı ilə Xocalıda soyqırımı həyata keçirilib və bu gün 10-dan çox dövlət bu soyqırımı tanıyıb. Bu gün Ermənistana rəhbərlik edən şəxs, yəni, Sarkisyan özü hərbi canidir. Yəni, Xocalı soyqırımında onun iştirakı faktı var".

Millət vəkili deyib ki, prezident İlham Əliyev beynəlxalq təşkilatlar ilə bağlı mövqeyini bildirib: "Azərbaycan Prezidenti qeyd etdi ki, onlar bir çox hallarda qəbul etdikləri qətnamənin icrası ilə bağlı məsələlərdə lazımi qətiyyət nümayiş etdirmirlər. Bu səbəbdən də həmin sənədləri Ermənistan icra etmir, məhəl qoymur. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini və eyni zamanda, AŞPA-nın, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və digər bu kimi beynəlxalq qurumların analoji sənədlərinə məhəl qoymur, onları icra etmir. Bu məsələyə münasibətində cənab prezident vurğuladı ki, bu, ilk növbədə ədalətsizlikdir. İkincisi isə Ermənistan elə bir illüziya yaradır ki, o, cinayət edə bilər və cəzasız qala bilər. Bunun ən qorxulu tərəfi məhz bununla bağlıdır".

"Dövlət başçısı eyni zamanda vurğulayıb ki, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər bəzi hallarda iki gün ərzində icra olunur. Amma bu münaqişə ilə bağlı biz belə bir yanaşmanın şahidi olmuruq. Bu, birbaşa ikili standartlardır. Ona görə də ən mühüm məsələlərdən biri, məhz belə olan halda cəza mexanizmlərinin yaradılması ilə bağlı olmalıdır" — E. Nəsirov vurğulayıb.

"Bundan başqa, BMT-nin qəbul etdiyi sənədlərin icra olunması ilə bağlı bir mexanizmin yaradılması öz əksini tapmalıdır. Eyni zamanda, dövlət başçısı Ermənistanın aprel döyüşləri öncəsi mülki əhalini hədəfə alması, orada 6 nəfərin qətlə yetirilməsi, eyni zamanda, 1 uşağın qətlə yetirilməsi, 26 nəfərin yaralanması ilə bağlı faktlar göstərdi. Qeyd etdi ki, Azərbaycan Ordusu da düşmənin bu həmləsinə layiqli cavab verdi, onu yerində otuzdurdu. Əgər Ermənistan yenə də təxribatları davam etdirsə, bu dəfə daha ağır nəticələrlə üzləşəcək" — deputat əlavə edib.

Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı - Sputnik Azərbaycan
İlham Əliyev BMT tribunasından dünyaya səsləndi: "25 illik işğal faktı var"

Millət vəkilinin sözlərinə görə, prezidentin çıxışında əsas məsələlərdən biri də o idi ki, beynəlxalq ictimaiyyət Ermənistanın döyüş meydanında məğlub olmasından sonra indi daha çox bizim şəhərlərimizi, kəndlərimizi, mülki insanlarımızı hədəfə aldığını bilməlidir: "Bu ilin iyul ayının 4-də 2 yaşlı Zəhra Quliyevanın, eyni zamanda, onun nənəsinin qətlə yetirilməsi, avqust ayının 7-də isə Tovuz rayonunda təmas xəttində 13 yaşlı oğlanın yaralanması bu dediklərimizi təsdiqləyir".

"Dövlət başçısı sərt bir mövqeyini ifadə etdi ki, biz imkan verməyəcəyik Ermənistan dövləti bizim mülki vətəndaşlarımızı, insanlarımızı hədəf alsın. Ermənistan bilsin ki, onun belə həmlələrinə, belə cinayətkar əməlinə Azərbaycan layiqli cavab verəcək. Biz münaqişəni dinc yolla həll etmək istəyirik. Biz sülh prosesinə sadiqik. Lakin bu, baş tutmayacağı təqdirdə Azərbaycan Ordusu 2016-cı ilin aprelində olduğu kimi, Ermənistan ordusunu yenidən cəzalandıracaq" – deyə millət vəkili bildirib.

Xəbər lenti
0