Gürcüstanda azərbaycanlılarla bağlı ciddi proseslər baş verir

© Sputnik / Alexander ImedashviliБаннер с изображением символики правящей партии Грузинская мечта
Баннер с изображением символики правящей партии Грузинская мечта - Sputnik Azərbaycan
Abunə olmaq
"Gürcü arzusu" partiyasından olan gürcülər azərbaycanlı namizədə qarşı çıxırlar

BAKI, 21 sentyabr — Sputnik. Gürcüstanın Marneuli Rayon İcra Hakimiyyətinin başçısı postuna yeni namizəd, etnik azərbaycanlı olan Teymuraz Abbasov, bu vəzifə uğrunda mübarizədə, hakim "Gürcü arzusu" partiyasından olan əvvəlki namizəd Amiran Giorqadzenin tərəfdarlarının müqaviməti ilə üzləşib.

Tbilisi - Sputnik Azərbaycan
Gürcüstan azərbaycanlılarından Prezidentə müraciət: "Qətiyyətli addım atmasanız..."

Belə ki, sentyabrın 18-i axşam Giorqadzenin tərəfdarları Marneulidəki "Gürcü arzusu"nun ofisinin yanında toplaşaraq Abbasovun namizədliyinin irəli sürülməsi ilə bağlı partiyanın qərarına etiraz ediblər. Bu barədə Sputnik Azərbaycan-a Gürcüstandakı Azərbaycan diasporunun nümayəndəsi bildirib.

Abbasovun namizədliyinin irəli sürülməsi barədə qərar sentyabrın 7-də qəbul edilib. Lakin Giorqadzenin tərəfdarları bu vəziyyətlə barışmaq niyyətində deyillər. Bununla əlaqədar olaraq Marneulinin hər yerinə əvvəlki namizədin şəkillərinin olduğu plakatlar, təbliğat bilbordları yerləşdirilib. Hakim partiyanın qərarı ilə Abbasov seçkilərdə qalib gələcəyi təqdirdə, Giorqadze şəhərin qanunverici orqanına rəhbərlik edəcək.

"Gürcü arzusu — Demokratik Gürcüstan" partiyasının fəal üzvü olan Əli Babayev Sputnik Azərbaycan-a bildirib ki, rayon rəhbəri postuna namizədin seçilməsi Gürcüstan tarixində ilk doğru addımdır: "Marneuli rayonunda 104 minə yaxın adam yaşayır. Bu, əhalisi ən çox olan, sıx məskunlaşmış rayondur və əhalinin 85%-ini azərbaycanlılar təşkil edir".

"Buna görə də rayona azərbaycanlı rəhbərlik etməlidir və Abbasov bütün parametrlərə görə bu posta layiqdir. O, gürcü dilində danışan müasir perspektivli gəncdir. Mən bütün azərbaycanlıları oktyabrın 21-də Teymuraz Abbasova səs verməyə çağırıram" — deyə Babayev bildirib.

Onun sözlərinə görə, ermənilərin kompakt yaşadıqları ərazidən "Gürcü arzusu — Demokratik Gürcüstan" partiyasının siyahısından erməni əsilli iki vətəndaşın namizədliyi irəli sürülüb. Buna görə də ədalət naminə belə qərar verilib ki, azərbaycanlıların kompakt yaşadığı ərazini azərbaycanlı idarə etməlidir.

Babayev qeyd edib ki, Abbasov polis akademiyasını bitirib və əvvəllər "Gürcü arzusu" partiyasının Marneuli ofisinə rəhbərlik edib. Daha sonra Gürcüstanın Azərbaycandakı səfirliyində işləyib.

Gürcüstan sərhədi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gürcüstan azərbaycanlılarının geriyə axını başlayacaq

Ümumiyyətlə, Azərbaycan seçiciləri haqqında danışarkən Babayev əlavə edib ki, son illərdə Gürcüstandan, təxminən 250 min nəfər ayrılıb: "Lakin sevindirici haldır ki, azərbaycanlılar həmişəlik getməyiblər. Kimlər ki, Rusiyaya, Belarusa gediblər, yayda istirahət etmək üçün Gürcüstandakı öz evlərinə gəlirlər. Biz — Gürcüstan azərbaycanlıları, gürcülərlə birlikdə çiçəklənən demokratik dövlət qurmaq istəyirik".

Bununla yanaşı, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Sputnik Azərbaycan-a bildirib ki, hazırda ölkədə 260 min etnik azərbaycanlı yaşayır: "Onların başlıca problemi bütün Gürcüstan vətəndaşları kimi işsizlikdir. Bununla əlaqədar olaraq gənclər iş axtarmaq üçün ölkədən gedirlər. Onların əksəriyyəti Türkiyəyə üz tutur, çünki onlara dil faktoru kömək edir".

"Amma son vaxtlar yeni tendensiya meydana çıxıb. Azərbaycanlı gənclər Avropa ölkələrinə axışırlar. Etnik azərbaycanlıların Gürcüstandan Yunanıstan, Almaniya və İtaliyaya getdikləri barədə çoxlu hallar var. Əgər belə davam eləsə, tezliklə Gürcüstanda daha az azərbaycanlı qalacaq" — deyə Süleymanov bildirib.

Xəbər lenti
0