00:26 26 Sentyabr 2017
Canlı yayım
Heydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli

Bakı-London reysinin təxirə salınmasına aydınlıq gətirildi

© Foto: AZAL mətbuat xidməti
AZƏRBAYCAN
Qısa URL
78 0 0

Təyyarənin sənədlərində problem olduğundan reys təxirə salınıb.

BAKI, 17 sentyabr — Sputnik. "Azərbaycan Hava Yolları" QSC ötən gün təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yayıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, sentyabrın 16-da AZAL J2-007 (Bakı-London) reysində texniki səbəbdən yaranan gecikmə ilə əlaqədar olaraq, bu reysin Londona gəlməsi Hitrou Hava Limanı tərəfindən slot vaxtının bitməsi səbəbindən ləğv olunub.

"Bu reys Bakı vaxtı ilə bu gün saat 18:05-ə planlaşdırılan reys ilə birləşdiriləcək. Təyyarənin yerli vaxtla saat 21:05-də Londona enməsi planlaşdırılır. Gecikən sərnişinlər öz istəkləri ilə digər aviaşirkətlərin təyyarələri ilə Bakıya göndərilib, həmçinin oteldə yerləşdirilib.

Reysin statusunu Heydər Əliyev Beynəlxalq Aeroportunun saytında izləmək mümkündür: www.airport.az

Yaranan narahatlığa görə üzr istəyirik!" — deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, təyyarənin sənədlərində problem olduğundan reys təxirə salınıb.
Eyni zamanda, sərnişinlər əvvəlcədən heç bir xəbərdarlıq almadığı üçün hava limanına gedərək saatlarla orada gözləməli olublar.

Əlaqədar

AZAL-ın bələdçiləri Londonda saxlanılıb
AZAL-ın təyyarəsi rekord vurdu
AZAL İstanbul reyslərini bərpa edir
AZAL "Aeroflot"dan izahat tələb edəcək
AZAL əhaliyə müraciət etdi: ehtiyatlı olun
Teqlər:
reys, Hitrou Hava Limanı, Bakı-London reysi, təyyarə, Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycan Hava Yolları, AZAL

Əsas mövzular