Azərbaycan və Türkiyə qırıcıları havadan zərbələr endirəcək

© AFP 2023 / ADEM ALTAN Истребители турецких ВВС. Архивное фото
Истребители турецких ВВС. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
İki ölkənin Hərbi Hava Qüvvələrinin birgə təlimləri keçiriləcək

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı — 2017" birgə taktiki-uçuş təlimləri keçiriləcək. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir.

Sentyabrın 18-dən başlayacaq təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri, Mi-35, Mi-17 və Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 30-dək davam edəcək.

Xəbər lenti
0