11:18 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Yaponiyanın Baş naziri Şinzo Abe, arxiv şəkli

"Azərbaycan bizim vacib tərəfdaşımızdır"

© REUTERS / Kim Kyung-Hoon
AZƏRBAYCAN
Qısa URL
14 0 0

"Müstəqillik illərində diqqətəlayiq iqtisadi uğurlar qazanan Azərbaycan Cənubi Qafqaz regionunda sabit inkişaf edən ölkədir"

BAKI, 13 sentyabr — Sputnik. Yaponiyanın Baş naziri Şinzo Abe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında çox sıx əlaqələr qurulmuşdur. Müstəqillik illərində diqqətəlayiq iqtisadi uğurlar qazanan Azərbaycan Cənubi Qafqaz regionunda sabit inkişaf edən ölkə və Yaponiyanın vacib tərəfdaşıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər 1998-ci ildə Prezident Heydər Əliyevin və 2006-cı ildə isə Zati-alinizin Yaponiyaya səfərləri nəticəsində daha sürətlə inkişaf etmişdir. Son illər hökumətlərarası dialoqun, yüksək səviyyəli rəsmilərin səfərlərinin intensivləşməsi, parlamentlər, yerli özünüidarəetmə orqanları arasında və digər genişmiqyaslı mübadilələrin fəallaşması məni çox sevindirir.

Həmçinin ölkələrimiz arasında təkcə energetika sahəsində deyil, iqtisadiyyatın digər sahələrində də yapon şirkətlərinin fəal iştirakı ilə əməkdaşlığımız davamlı olaraq inkişaf edir. Bu ilin fevralında Bakıda Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 9-cu birgə iclası keçirilmiş və bildiyimə görə, Azərbaycanın önəm verdiyi iqtisadiyyatın şaxələndirilməsi məqsədilə qeyri-neft sektorunda əməkdaşlığın davam etdirilməsi barədə danışıqlar aparılmışdır.

Bundan başqa, cari ilin iyununda ölkələrimiz arasında investisiya razılaşmasının ilkin müzakirələrinin başlanması, iqtisadi sahədəki əməkdaşlıq Zati-alinizin Yaponiyaya səfəri zamanı elan olunmuş Birgə Bəyanata əsaslanaraq davamlı şəkildə inkişaf etməkdədir. Əminəm ki, əməkdaşlığımız bundan sonra da bir çox sahədə inkişaf edəcək böyük potensiala malikdir.

Diplomatik münasibətlərimizin qurulmasının 25-ci ildönümü münasibətilə yaranmış fürsətdən istifadə edərək, Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra da müxtəlif istiqamətlərdə daha da dərinləşib inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Sizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

Əlaqədar

Prezident xalqı təbrik edib
İlham Əliyev təbriklərini ünvanladı
Dövlət dumasının deputatı Mehriban Əliyevanı təbrik etdi
Çavuşoğlu "Qarabağ"ı təbrik etdi
Teqlər:
təbrik məktubu, Şinzo Abe, Azərbaycan Respublikası, Yaponiya, İlham Əliyev, prezident

Əsas mövzular