20:22 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
AZƏRBAYCAN
Qısa URL
796 0 0

İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyətini qəbul edib

BAKI, 6 sentyabr — Sputnik. Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə səfərinin Azərbaycan-Koreya əlaqələrinin inkişafında çox mühüm rol oynayacağına əminliyini ifadə edib.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
© Official website of President of Azerbaijan Republic

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı özünün Koreyaya iki dəfə və Koreyanın yüksək dövlət rəhbərlərinin Azərbaycana səfərlərini məmnunluqla xatırladıb. Koreya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev, həmin şirkətlərin Azərbaycanda böyük tikinti və infrastruktur layihələrində fəal iştirakının önəmini qeyd edib.

Dövlət başçısı ölkələrimizin iqtisadi və siyasi sahələrdə uğurlu əməkdaşlıq etdiklərini, mədəniyyət sahəsində yaxşı əlaqələrin qurulduğunu bildirərək Azərbaycanda Koreya mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Koreyanın böyük iqtisadi uğurlar əldə etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, Koreya xalqı istedadlı və zəhmətkeş xalqdır.

Xalqlarımız arasında oxşarlığın olduğunu deyən dövlət başçısı xalqlarımızın öz ənənələrini qoruyub saxlamağa çalışmalarının önəmini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə bu səfəri parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edəcək.

İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində
© Official website of President of Azerbaijan Republic

Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sun deyib: "Cənab Prezident, mən və mənim nümayəndə heyətim ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq Sizin rəhbərliyiniz altında Azərbaycanın təkcə iqtisadi sahədə deyil, eyni zamanda, siyasi sahədə də əldə etdiyi uğurları məmnunluqla izləyirik".

Koreyalı qonaq bildirib ki, səfərin əsas məqsədi Koreya və Azərbaycan parlamentləri arasında əlaqələri yaxşılaşdırmaqdan ibarətdir. O, bu səfərin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin önəmini qeyd edib. Park Cu-sun Koreya yarımadasında mövcud gərginlik barədə dövlətimizin başçısına məlumat verib. O, bu prosesə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Dövlət başçısı Koreya yarımadasında baş verən hadisələrin narahatlıq doğurduğunu və bunun ciddi təhlükə mənbəyi olduğunu deyərək bu gərginliyin tezliklə sovuşacağına ümid etdiyini bildirib. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və bir-birinə dəstək vermələrinin əhəmiyyəti vurğulanıb.

Əlaqədar

Prezidentin mətbuat katibi: "Azərbaycana iftira atmaq cəhdləri nəticəsiz olacaq"
Prezidentdən hərbçilərlə bağlı vacib sərəncam
Prezidentin köməkçisi: "Azərbaycanın sağlam imicini zədələməyə çalışırlar"
Prezidentin sərəncamı icra edildi
Büdcədən ən çox "pay alan" eks-prezident
Prezidentə mövcud vəziyyət barədə məlumat verildi
Teqlər:
Park Cu-su, Koreya Respublikası Milli Assambleyası, Koreya Xalq Demokratik Respublikası, İlham Əliyev, prezident

Əsas mövzular