22:55 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
AZƏRBAYCAN
Qısa URL
264 0 0

"Bizi əsl incidən məqam "Guardian"da çıxan əsassız xəbər deyil, anti-Azərbaycan dairələrinin qardaş Türkiyədə də təbliğatlarını yaymasıdır"

BAKI, 5 sentyabr — Sputnik. "Guardian" qəzetində dərc olunan məqalə, Azərbaycana qarşı həyata keçirilən qaralama kampaniyasının bir hissəsidir və həqiqətlərlə heç bir əlaqəsi yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət" qəzetinin suallarını cavablandıran Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov açıqlama verib. "Guardian" Azərbaycan haqqında nə zaman həqiqətləri yazıb ki? Bu qəzet illərdir Azərbaycana qarşı mövqeyi ilə tanınır" — Həsənov bildirib.

Prezidentin köməkçisi əlavə edib ki, sözügedən qəzet dünyanın hər yerində müəyyən mərkəzlərin sifarişlərini yerinə yetirir: "Yenə də eynisini etdi. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi (OCCRP) adlı mərkəzlə əlbir olub Azərbaycana qarşı yeni bir qaralama kampaniyası başlatdıqları ortadadır".

"Niyə bunu edirlər? OCCRP adlı araşdırma mərkəzinin filialları, təxminən 10 il bundan əvvəl Azərbaycanda da fəaliyyət göstərib. Onların qərəzli işlər gördükləri ortaya çıxdı və Azərbaycandan qovuldular. Onlar Qərbdə və xüsusilə də ABŞ-da erməni diaspor fondlarının əlindədir" — Həsənov vurğulayıb.

O, daha sonra deyib: "Bizi əsl incidən məqam "Guardian"da çıxan əsassız xəbər deyil, anti-Azərbaycan dairələrinin qardaş Türkiyədə də təbliğatlarını yaymasıdır. Türkiyədə bir sıra media orqanları vasitəsilə qaralama kampaniyası həyata keçirirlər. Biz onların kim olduqlarını yaxşı bilirik".

Əlaqədar

İlham Əliyev: "Azərbaycanda xərclərə ictimai nəzarətə böyük diqqət yetirilir"
Prezidentin Mətbuat Xidməti mühüm açıqlama yaydı
Prezidentin köməkçisi: "Azərbaycanın sağlam imicini zədələməyə çalışırlar"
Teqlər:
qaralama kampaniyası, "Guardian" qəzeti, Azərbaycan, prezident

Əsas mövzular