Azərbaycanda dünya əhalisinin 0.13 faizi yaşayır

Abunə olmaq
Azərbaycan əhalinin sayına görə 90-cı yerdədir

BAKI, 1 sentyabr — Sputnik. Bu ilin sonuna dünya əhalisinin sayı 7,6 mlrd. nəfəri ötəcək. "Report" xəbər verir ki, bu barədə Dünya Bankı (WB) məlumat yayıb.

Məlumatda deyilir ki, 2050-ci ildə planet əhalisi 9 mlrd. nəfərə çatacaq. Ötən ilin sonuna olan məlumata görə, dünya əhalisi 7,4 mlrd. nəfər olub.

Çin və Hindistan isə dünyanın ən çox əhalisi olan ölkələrdir — bu iki ölkədə planet əhalisinin 36,3%-i yaşayır: Çində 1 378 665 000 nəfər (18,5%), Hindistanda isə 1 324 171 000 nəfər (17,8%) yaşayır. Siyahıda 3-cü yeri 4,3%-lə ABŞ tutur ki, onun da əhalisi 323 127 000 nəfərdir.

Ümumilikdə, 216 dövlətin yer aldığı siyahıda Azərbaycan 9,762 mln. nəfərlə 90-cı yerdə qərarlaşıb. Bu isə dünya əhalisinin 0,13%-i deməkdir.

Xəbər lenti
0