Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını təbrik edib

Abunə olmaq
İlham Əliyev Almazbek Atambayevə təbrik məktubu ünvanlayıb

BAKI, 30 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu ünvanlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Almazbek Şarşenoviç,

Sizi və bütün Qırğızıstan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan xeyirxah dostluq və qarşılıqlı dəstək ənənələri Azərbaycan ilə Qırğızıstan arasında qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün bundan sonra da etibarlı təməl olacaq.

Hörmətli Almazbek Şarşenoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Qırğızıstanın qardaş xalqına isə sülh və firavanlıq arzu edirəm".

Xəbər lenti
0