CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Çelsi” – “Qarabağ” oyununu izləmək istəyənlərə şad xəbər

© Photo : Facebook / Qarabağ FK"Qarabağ" Çempionlar Liqasının C qrupunda mübarizə aparacaq
Qarabağ Çempionlar Liqasının C qrupunda mübarizə aparacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi" – "Qarabağ" oyunu keçiriləcək

BAKI, 29 avqust — Sputnik. Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi" – "Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi" – "Qarabağ" oyunu keçiriləcək.

Xəbər lenti
0