İlham Əliyev köməkçisi barədə sərəncam verdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев
Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
O, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

BAKI, 28 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Natiq Ərziman oğlu Əmirovu mükafatlandırıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Prezidentin imzaladığı sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Natiq Ərziman oğlu Əmirov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, N. Əmirov Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisidir.

Xəbər lenti
0