Dövlət dumasının deputatı Mehriban Əliyevanı təbrik etdi

© Photo : PUBLIC DOMAINAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
"Siz Azərbaycan deyil, həm də bütün dünya qadınlarına nümunəsiniz"

BAKI, 25 avqust — Sputnik. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitriy Savelyev, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü ilə bağlı təbrik edib və ona teleqram göndərib. Sputnik Azərbaycan-a daxil olan teleqramda deyilir:

Первый вице-президент Азербайджана Мехрибан Алиева - Sputnik Azərbaycan
QARABAĞ
Mehriban Əliyeva balaca Zəhranın ölümünə münasibət bildirdi

"Çox hörmətli Mehriban Arif qızı!

Doğum gününüzlə bağlı mənim ən səmimi təbriklərimi qəbul edin!

Sizin çoxşaxəli və əhatəli fəaliyyətiniz Vətəninizin çiçəklənməsinə, Azərbaycanın dünya arenasındakı mövqeyinin və onun ənənəvi strateji partnyoru olan Rusiya ilə dostluq əlaqələrinin güclənməsinə istiqamətlənib, bu də səmimi hörmət doğurur.

Sizin istənilən uğurunuz istedadınıza, həsəd aparılacaq intuisiyanıza, möhkəm iradənizə və insanları arxanızca aparmaq bacarığınıza əsaslanır. Siz həqiqətən də təkcə Azərbaycan deyil, həm də bütün dünya qadınlarına nümunəsiniz.

Səmimi qəlbdən arzu edirəm ki, Sizin hər gününüz xoşbəxt və sevincli olsun, enerjiniz isə Azərbaycanın və onun xalqının rifahı naminə düşündüklərinizi həyata keçirməyə yetsin.

Dərin hörmətlə,

RF Dövlət Dumasının deputatı,

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri D. İ. Savelyev"

Xəbər lenti
0