06:54 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
41 0 0

Azərbaycan prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gedib

BAKI, 20 avqust — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gedib. Sputnik Azərbaycan-ın AZƏRTAC-a istinadən məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.

Azərbaycan prezidenti "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə mərkəzin binasının rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə respublikada ilk dəfə aşağı gərginlikli 10/0,4 kV-luq şəbəkənin avtomatik idarəetmə və nəzarət layihəsi də təqdim olunub. Dövlət başçısı sistemi işə salıb.

İlham Əliyev həmçinin, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub. Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

 

 

Əlaqədar

İlham Əliyev Gədəbəydə mineral su zavodu və yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev Samuxda bir neçə obyektin açılışında iştirak edib
İlham Əliyev Göygölə səfər edib
İlham Əliyev Lütfi Zadənin Azərbaycanda dəfninə yardım göstərəcəyini bildirib
İlham Əliyevdən ölkədən valyuta axını ilə bağlı tapşırıq
Teqlər:
tanışlıq, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Şəmkir, Prezident, İlham Əliyev

Əsas mövzular