CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Gədəbəydə mineral su zavodu və yarımstansiyasının açılışında iştirak edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Gədəbəy limonad zavodunun açılışında iştirak edib
İlham Əliyev Gədəbəy limonad zavodunun açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub

BAKI, 20 avqust — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gedib. Dövlət başçısı Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Heydər Əliyevin Gədəbəydəki heykəli önündə
İlham Əliyev Heydər Əliyevin Gədəbəydəki heykəli önündə - Sputnik Azərbaycan
İlham Əliyev Heydər Əliyevin Gədəbəydəki heykəli önündə

Daha sonra prezident İlham Əliyev "Gədəbəy Mineral Suları" MMC-nin limonad zavodunun açılışında iştirak edib. Dövlət başçısı müəssisə ilə tanış olub.

© Official website of President of Azerbaijan RepublicDövlət başçısı Gədəbəy limonad zavodunun istehsalı olan məhsullarla yaxından tanış olub
Dövlət başçısı Gədəbəy limonad zavodunun istehsalı olan məhsullarla yaxından tanış olub - Sputnik Azərbaycan
Dövlət başçısı Gədəbəy limonad zavodunun istehsalı olan məhsullarla yaxından tanış olub

Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır. Müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev zavodun rəmzi olaraq işa salınmasını bildirən düyməni basdı
Prezident İlham Əliyev zavodun rəmzi olaraq işa salınmasını bildirən düyməni basdı - Sputnik Azərbaycan
Prezident İlham Əliyev zavodun rəmzi olaraq işa salınmasını bildirən düyməni basdı

Azərbaycan prezidenti 110/35/10 kilovoltluq yeni "Gədəbəy" elektrik yarımstansiyasının açılışında iştirak edib. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verib. Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Xəbər lenti
0