Azərbaycan hərbçiləri düşməni belə məhv etdilər

© Sputnik / Anar MustafayevМинистерство обороны Азербайджанской Республики
Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan HDQ-nin “G-124” gəmisi dəniz hədəfinə atışları uğurla yerinə yetirib

BAKI, 6 avqust — Sputnik. “Dəniz kuboku — 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müsabiqənin şərtlərinə görə döyüş atışları 3,5 kilometr məsafədən icra olunub və tapşırıqların yerinə yetirilməsi faktı beynəlxalq hakimlər briqadası tərəfindən təsdiq edilib.

Tapşırığın icrasına görə yekun nəticə atışlar zamanı dəniz poliqonunda müəyyən edilmiş məsafəni qət edərkən hər bir gəminin sürəti nəzərə alınmaqla bazar ertəsi hakimlər tərəfindən müəyyən ediləcək.

Xəbər lenti
0