04:43 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
AZƏRBAYCAN
Qısa URL
2513 0 0

"Dəniz kuboku - 2017" müsabiqəsində "Üzən minaya artilleriya atışı" epizodu icra olunacaq

BAKI, 4 avgust — Sputnik. "Dəniz kuboku — 2017" müsabiqəsi çərçivəsində "Hava hədəfinə artilleriya atışı" üzrə 2-ci epizod icra edilib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yarışlarda iştirak edən Rusiyanın "Qrad Sviyajsk" kiçik raket gəmisi və İranın "Cövşən" raket kateri hava hədəflərini məhv edərək tapşırığı yerinə yetiriblər.

Azərbaycanın "G-124" gözətçi və Qazaxıstanın "Sarıarka" raket artilleriya gəmiləri isə gəmi heyətlərindən asılı olmayan səbəblərdən hədəflərdə yaranan texniki nasazlığa görə tapşırıqları növbəti gün icra edəcəklər. Bu gün isə gəmi heyətləri müsabiqənin "Üzən minaya artilleriya atışı" epizoduna qatılaraq minaları təqlid edən hədəflərin məhv edilməsində yarışacaqlar.

Əlaqədar

Zenit-raket kompleksinin qida blokunu satan erməni hərbçi saxlanılıb
Hərbi gəmilər Xəzərdə hədəflərə artilleriya atışları həyata keçirəcək
Azərbaycan Pakistandan alınan hərbi təyyarələrdən məmnundur
Ermənistanda hərbçinin asılmış vəziyyətdə meyiti tapılıb
Teqlər:
"Hava hədəfinə artilleriya atışı", "Dəniz kuboku - 2017" müsabiqəsi, Müdafiə Nazirliyi

Əsas mövzular