Azərbaycan snayperləri öz ustalıqlarını nümayiş etdirəcəklər

© AR Ministry of Defense“Snayper həddi” müsabiqəsi
“Snayper həddi” müsabiqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Snayper həddi" müsabiqəsində Azərbaycan snayperləri öz ustalıqlarını nümayiş etdirəcəklər

BAKI, 31 iyul — Sputnik. "Beynəlxalq Ordu Oyunları — 2017" çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Snayper həddi" müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, yarışlarda 17 ölkənin komandası iştirak edir. Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək davam edəcək.

Xəbər lenti
0