08:10 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı ilə birgə keçirilən mətbuat konfransında çıxış edir. Bakı, 12 iyul 2016-cı il

Azərbaycanlı nazir Rusiyanın bəyanatına cavabı verdi

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
294 0 0

Elmar Məmmədyarov: "Ermənistan vətəndaşları Azərbaycanı problemsiz olaraq ziyarət edirlər"

BAKI, 17 iyul — Sputnik. Prezidentlərin Sankt-Peterburq görüşündən sonra substantiv danışıqlar yolu ilə münaqişənin həllinə imkan verməmək üçün Ermənistan tərəfi müxtəlif təxribat və bəhanələrə əl atıb.

Bunu RİA Novosti-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, danışıqlar prosesini davam etdirmək üçün Ermənistan hətta şərtlər irəli sürməyə çalışır:

"Hadisələrin xronologiyasına nəzər salsaq, aydın olacaq ki, iyun ayından sonra həmsədrlərin regiona səfəri və nazirlərin Brüsseldəki görüşü öncəsi Ermənistan bilərəkdən vəziyyəti gərginləşdirirdi. İyulun 4-də Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən həyata keçirilmiş məqsədyönlü hücum nəticəsində 2 yaşlı qız və onun nənəsi öldürülüb, bir qadın yaralanıb. Sonuncu hadisələr və ötən ilin aprel ayındakı toqquşmalar sübut etdi ki, Ermənistan silahlı qüvvələrini işğal altındakı Azərbaycan torpaqlarından çıxarmaqdan imtina etdiyi üçün region ciddi təhlükə ilə üz-üzə qalıb". 

"Buna görə "münaqişənin hərbi yolla həlli yoxdur, tərəflər siyasi iradə nümayiş etdirməli və atəşkəs rejimi qorunmalıdır" kimi çağırışlar Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarından qoşunlarını çıxartması tələbi ilə müşayiət olunmalıdır. Bu kontekstdə Ermənistanı sülhə məcbur etmək üçün siyasi-diplomatik təzyiq göstərilməlidir" — deyə nazir bildirib.

Erməni soyadını daşıyan Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması barədə Rusiya XİN-in bəyanatını şərh edən nazirin sözlərinə görə, erməni hərbçilər tərəfindən azyaşlı uşağın və onun nəvəsinin barbarcasına qətlə yetirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən olduqca emosional qarşılanıb. Bu hadisə ictimaiyyət arasında böyük çaşqınlıq və anlaşılmazlığa səbəb olub. Azərbaycan ictimaiyyəti Ermənistan tərəfindən aqressiyanı, torpaqların 20%-nin işğalını, dəhşətli etnik təmizləməni, 700 mindən artıq insanın zorla öz daimi yaşayır yerlərini tərk etməsini böyük ağrı ilə qarşılayır. Və haqlı olaraq haqlı olaraq bu mövzuya çox həssas yanaşır.

Məmmədyarov deyib ki, ilk növbədə danışıqlar prosesini canlandırmaq və ən azı erməni qoşunlarını mərhələli şəkildə işğal olunmuş ərazilərdən çıxarmaq lazımdır. 

Bu imkan verəcək ki, məcburi köçkünlər öz daimi yaşayış yerlərinə qayıtsınlar. Buna paralel olaraq da təhlükəsizlik məsələləri həllini tapacaq, kommunikasiyalar bərpa ediləcək, iqtisadi amil işləyəcək, insanlar arasında etimad əmələ gələcək, bu gün ermənilərlə azərbaycanlılar arasında mövcud olan şübhələr və narazılıqlar tədricən aradan qalxacaq.

"Hərdən elə təsəvvür yaratmağa çalışırlar ki, biz mövcud vəziyyəti təsdiqlənmiş fakt kimi qəbul edək. Müxtəlif ölkələrin, eləcə də Ermənistanın vətəndaşları olan ermənilər bu və ya başqa səbəblərdən dəfələrlə Azərbaycanı ziyarət ediblər. Bütün bunlar qabaqcadan təşkil olunmuş, danışılmış və hazırlıqlı səfərlər olub. Belə olan təqdirdə heç bir problem olmayıb. Biz bu məsələləri Rusiya tərəfi ilə diplomatik kanallar vasitəsilə yoluna qoymağa çalışırıq" – deyə xarici işlər naziri əlavə edib.

Əlaqədar

Ermənistan atəşkəs anlaşmasına belə əməl edir
Ermənistan yenə xəbərdarlığa məhəl qoymayıb
"Ermənistan KTMT-nin digər ölkələrini təxribata cəlb etmək istəyir"
Ermənistan ordusunun 15 hərbçisi xəsarət alıb
Teqlər:
Ermənistan Silahlı Qüvvələri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan, Rusiya, Alxanlı kəndi, Sankt-Peterburq

Əsas mövzular