17:04 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
9710

Günel və Xeyrənsə Musayevaların uğurları ilə bağlı mətbuat konfransı keçirilib

BAKI, 7 iyul — Sputnik. Bu gün Türkiyənin Bahçeşehir universitetini (BAU) birinciliklə bitirən azərbaycanlı məzunlar Günel və Xeyrənsə Musayevaların uğurları ilə bağlı mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, konfransda BAU birincisi, "Altın Beyin" mükafatının sahibi Günel Musayeva, universitet üçüncüsü Xeyrənsə Musayeva ilə yanaşı, BAU-nun rektoru professor doktor Şenay Yalçın, BAU qlobal başqan yardımçısı Sərdar Şenel, İqtisadi, İdarəetmə və Sosial Elmlər fakültəsi dekanı Nəcip Çakır və Beynəlxalq Ofis direktoru Ərbay Şirin iştirak edib.

Konfransda BAU rektoru Şenay Yalçın, BAU-nun müvəffəqiyyətli tələbələrə hər zaman dəstək olmasından və bunun nümunəsi olaraq azərbaycanlı məzunların uğurlarından söz açıb: "Bir tələbənin müvəffəqiyyətli olması onun həm özündən, həm də təhsil aldığı universitetdən asılıdır. Bahçeşehir Universitetində də tələbələrin müvəffəqiyyətli olması və yüksək səviyyədə təhsil almaları üçün böyük imkanlar var. BAU 3 qitə, 8 ölkə, 5 universitet, 4 dil məktəbi, 5 akademik mərkəz ilə Türkiyənin təhsil sahəsində dünya markası olan BAU Global-ın bir üzvüdür. Bu beynəlxalq şəbəkə, tələbələrə yüksək təhsil imkanı verir və dünyanın hər yerindən tələbə edir".

Azərbaycanlı məzunların mətbuat konfransı
© Sputnik / Irade JELIL
Azərbaycanlı məzunların mətbuat konfransı

BAU rektoru onu da qeyd edib ki, Bahçeşehir Universiteti artıq bu ildən Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahandan yüksək bal toplayan tələbələrə təqaüd verəcək: "Bahçeşehir Universiteti Heydər Əliyev adına təqaüd proqramı əsasında 3 il boyunca 12 tələbəyə təqaüd verib. Bu il isə DİM-in keçirdiyi imtahandan 650 və daha yüksək bal toplayan abituriyentlərə təqaüd verəcək".

Azərbaycanla möhkəm dostluq əlaqələrini vurğulayan Şenay Yalçın bunun göstəricisi olaraq "BAU Məzun və İletişim" ofisinin xarici ölkələr içərisində ilk dəfə olaraq Azərbaycanda açıldığını bildirib: "İlk məzun və iletişim ofisimizin Azərbaycanda açılması bizim üçün böyük qürurdur. Belə bir qurumun yaradılması, həm Azərbaycanla, həm də BAU məzunlarımızla əlaqələrimizi daha da möhkəmləndirir".

Azərbaycanlı məzunların mətbuat konfransı
© Sputnik / Irade JELIL
Azərbaycanlı məzunların mətbuat konfransı

BAU birinciləri Günel və Xeyrənsə Musayevalar isə heç bir uğurun təsadüfi olmadığını, hər bir nailiyyətin əzm, iradə ilə yorulmadan, durmadan çalışmaqdan keçdiyinə inandıqlarını söyləyərək təşəkkürlərini bildiriblər: "Həm bizim bu kiçik sevincimizi, uğurumuzu paylaşıb xalqımıza gələcəklə əlaqəli stimul verən, onları fərəhləndirən media mənsublarına, həm də dünyanın bir çox ölkələrində yaşayıb qəlbi Azərbaycan eşqi ilə yanan sosial media üzərindən təbrik mesajları göndərərək diqqət və qayğıları ilə bizi sevindirən hər kəsə təşəkkürümüzü bildiririk. Biz də öz növbəmizdə etimadınızı doğrultmağa çalışacağıq".

Daha sonra digər iştirakçılar da öz fikirlərini bildirərək tələbələri təbrik etdi.

Əlaqədar

Prezidentdən tələbələrə böyük müjdə
Bu tələbələr Avropada təcrübə keçəcəklər
Tələbə və magistrlər üçün yaxşı təcrübə imkanı
Azərbaycanda daha bir kütləvi tələbə faciəsi
Türkiyəli tələbələr Bakıda dava saldılar
Teqlər:
Şenay Yalçın, Xeyrənsə Musayeva, Günel Musayeva, "Altın Beyin" mükafatı, Bahçeşehir universiteti

Əsas mövzular