Azərbaycan hərbçiləri bu ölkəyə yola düşdülər

© Photo : Official Marine Corps photo by Cpl. Adam C. SchnellAzərbaycanlı sülhməramlılar, arxiv şəkli
Azərbaycanlı sülhməramlılar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

BAKI, 5 iyul — Sputnik. NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Xəbər lenti
0