QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni tərəfi Alxanlıda dinc insanların yaşadığını bilirdi

© Sputnik / Murad OrujovУкрепительные сооружения азербайджанской армии
Укрепительные сооружения азербайджанской армии - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan münaqişənin həllinə imkan vermir

BAKI, 5 iyul — Sputnik. Azərbaycan Qarabağ münaqişəsinin həllinə dair substantiv danışıqların tərəfdarıdır ki, mövcud status-kvo dəyişsin. Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün Baş Prokurorluq və Müdafiə Nazirliyi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Azərbaycanın danışıqlarda iştirakı imitasiya xarakteri daşımır. Bizim mövqeyimiz birmənalıdır. Biz substantiv danışıqlarda iştirak edirik" — deyə Hacıyev bildirib. 

МИД Турции - Sputnik Azərbaycan
QARABAĞ
Türkiyədən erməni təxribatına sərt reaksiya

O, qeyd edib ki, nazir Elmar Məmmədyarov bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun fransalı həmsədri Viskonti və rusiyalı həmsədri Sergey Popovla danışıb. Məmmədyarov silahlı birləşmələrin təmas xəttində baş verən hadisələrlə bağlı Azərbaycanın narahatlığını həmsədrlərə çatdırıb.

Hacıyevin sözlərinə görə, erməni tərəfi atəşə tutduğu ərazilərdə Azərbaycanın dinc sakinlərinin yaşadığını bilirdi. Azərbaycan dəfələrlə birmənalı şəkildə bəyan edib ki, Ermənistanın silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan ərazilərinə soxulublar və bu cür təxribatlar törətməklə bizim torpaqlarımızın işğalını davam etdirilər.

"Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir" — XİN rəsmisi bildirib. 

Vaqif Dərgahlı - Sputnik Azərbaycan
QARABAĞ
Müdafiə Nazirliyi Alxanlı hadisəsinin təfərrüatlarını açıqladı

"Nəticə etibarilə biz sakinlərimizi itiririk, hər iki tərəfin silahlı qüvvələri itkilər verir. Aprel döyüşləri bir daha göstərdi ki, belə təxribatlar ciddi gözlənilməz nəticələr doğurur" — deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.

Hacıyev deyib ki, cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Hacıyevin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.

"Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistanın öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını, işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidirlər" — deyə XİN rəsmisi bildirib. 

Baş Prokurorluq - Sputnik Azərbaycan
QARABAĞ
Cəbhədə baş vermiş dəhşətli olayla bağlı cinayət işi açılıb

O, qeyd edib ki, yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

"Baxmayaraq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gündəlikdə deyil, düşmənin silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrində törətdiyi təxribatlar kompleks şəkildə araşdırılmalı və həllini tapmalıdır" — deyə Hacıyev vurğulayıb.

Xatırladaq ki, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Xəbər lenti
0