Azərbaycan Ordusunun yubiley medalı təsis edilib

© APAAzərbaycan ordusu
Azərbaycan ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı təsis edilib

BAKI, 30 iyun — Sputnik. "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı təsis edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirə edilib.

Layihəyə əsasən, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı" adlı hissə əlavə olunub. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görüləcəklər.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0