CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistlər üçün təlim keçirildi

© Sputnik / Irade JELIL"Təbiətin Faydalarından Bəhrələnək – Biomüxtəliflik və Ekosistem Xidmətləri, Kütləvi informasiya Vasitələri üçün" mövzusunda təlim
Təbiətin Faydalarından Bəhrələnək – Biomüxtəliflik və Ekosistem Xidmətləri, Kütləvi informasiya Vasitələri üçün mövzusunda təlim - Sputnik Azərbaycan
Abunə olmaq
Sonda iştirakçılara sertifikatlar verilib

BAKI, 16 iyun — Sputnik. Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə olunması" proqramı jurnalistlər üçün "Təbiətin Faydalarından Bəhrələnək – Biomüxtəliflik və Ekosistem Xidmətləri, Kütləvi informasiya Vasitələri üçün" mövzusunda təlim keçirib. Təlim zamanı jurnalistlər üçün GİZ proqramı haqqında, Ekosistem Xidmətləri yanaşması üzr, İdarəetmə və ictimaiyyətin iştirakı, Ekosistem Xidmətləri Milli iqtisadiyyatın dəyəri kimi və bu istiqamətdə KİV-lərin rolu haqqında təqdimatlar keçirilib. Ekosistem Xidmətlərinin dəyərləri və onların inkişafda rolunun KİV-də daha yaxşı işıqlandırılması üçün stimullarım müəyyən olunması, qruplarda çalışmalar və gələcək planlar haqqda müzakirələr olunub.

Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən həyata keçirilən GİZ-in "Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə olunması" proqramı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində indiki və gələcək nəsillər üçün biomüxtəliflik və ekosistem xidmətlərini qroumaq və mühafizə etmək məqsdəini daşıyır. Proqram fəaliyyəti bir neçə istiqamətdə həyatda keçirilir.

Təlim zamanı jurnalistlər üçün GİZ proqramı haqqında, ekosistem xidmətləri, biomüxtəlifliyin qorunmasında KİV-in rolu mövzularında təqdimatlar olub. Sonda iştirakçılara sertifikatlar verilib.

Xəbər lenti
0