Prezident Cocuq Mərcanlı kəndinin sakinini mükafatlandırıb

Abunə olmaq
Azərbaycan Prezident İlham Əliyev sərəncam verib

BAKI, 14 iyun — Sputnik. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar Prezident sərəncam verib. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".

Xəbər lenti
0