01:18 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Naxçıvanda keçirilən birgə taktiki təlim davam edir

Azərbaycan ordusu həyəcan siqnalı ilə qaldırıldı

© Photo: ARMN mətbuat xidməti
AZƏRBAYCAN
Qısa URL
78310

Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə təlimləri davam edir

BAKI, 13 iyun — Sputnik. Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun, müxtəlif güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri təlimin ssenarisinə əsasən "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib, bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün müvafiq tədbirlər görülüb. 5000 nəfərədək şəxsi heyətin, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaların cəlb olunduğu təlim iyunun 16-dək davam edəcək.

Əsas mövzular