Azərbaycan və Türkiyə orduları qərarın icrasına başlayıb

© Photo : AAAzərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb
Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb

BAKI, 12 iyun — Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq, iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyasını inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Təlimlər iyunun 16-dək davam edəcək.

Xəbər lenti
0