12:15 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Dövlət başçıları nazirin xidmətlərini qeyd etdilər

© Foto: Официальный сайт Президента Азербайджана
AZƏRBAYCAN
Qısa URL
23 0 0

Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə zəng edib

BAKI, 9 iyun — Sputnik. İyunun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyə prezidenti Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı prezident İlham Əliyevə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Natiq Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib, onun Azərbaycanın enerji siyasətinin icrasında, habelə Bakı-Tbilisi-Ceyhan, TANAP layihələrinin həyata keçirilməsində xidmətlərini yüksək qiymətləndiriblər.

Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə olunub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqədar

Azərbaycanda nazir dünyasını dəyişdi
Xəstəxana: Nazir Natiq Əliyevin vəziyyəti ağırdır
Natiq Əliyevin nə vaxt və hansı şəraitdə vəfat etdiyi açıqlandı
Nazirin nəşinin ölkəyə gətiriləcəyi vaxt dəqiqləşdi
Teqlər:
TANAP, Bakı-Tbilisi-Ceyhan, Natiq Əliyev, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev, Türkiyə, Azərbaycan

Əsas mövzular