22:10 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
28 0 0

"Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: gələcəyə baxış" mövzusunda konfrans işə başlayıb

BAKI, 5 iyun — Sputnik. Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: gələcəyə baxış" mövzusunda konfrans işə başlayıb.

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri ilə bağlı beynəlxalq konfrans
© AZƏRTAC
Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun çıxışı

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov konfransda çıxış edərək Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatının öz töhfəsini verdiyini deyib.

"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin bu əməkdaşlığa misaldır. Bu üçtərəfli əlaqələrin böyük perspektivləri var" — N. Məmmədov bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi sədrinin, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda Avropa İttifaqının araşdırmaları üzrə direktorunun, Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun rəhbərinin, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun baş elmi işçisinin, Azərbaycandan, Türkiyədən və Gürcüstandan nüfuzlu ekspertlərin iştirak etdikləri tədbirdə üç strateji müttəfiq arasındakı əməkdaşlığın inkişafı, həmçinin üçtərəfli münasibətlər üçün təhlükəsizlik çağırışları, əlaqələrin təhlükəsizlik istiqaməti və qeyri-ənənəvi təhdidlərə qarşı mübarizə vasitələri mövzuları ətrafında müzakirələr aparılır.

Əlaqədar

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlərə hazırlaşır
Türkiyə, Azərbaycan və Gürcüstan Qafqazda hərbi ittifaq yaradır?
Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı regiona nə vəd edir?
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü planlaşdırılır
Teqlər:
Bakı-Tbilisi-Ərzurum, Novruz Məmmədov, Gürcüstan, Azərbaycan Respublikası, Türkiyə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, prezident

Əsas mövzular