16:56 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
AZƏRBAYCAN
Qısa URL
7301

İclasın gündəliyinə 38 məsələ daxil edilib

BAKI, 31 may — Sputnik. Hazırda Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxil edilib.

İclasda Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında", "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə, və terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında qanun layihələrinə baxılacaq.

Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun, "Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair" Protokolun təsdiq edilməsi haqqında qanun layihələrinə baxılacaq.

"Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamədə, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklərə baxılacaq.

"Diplomatik xidmət haqqında", "Dövlət qulluğu haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Haqsız rəqabət haqqında", "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Telekommunikasiya haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

Əmək, Torpaq, Vergi, Cəzaların İcrası və Cinayət məcəllələrində, "İcra haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "Publik hüquqi şəxslər haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

İclasda "İşsizlikdən sığorta haqqında" qanun layihəsi müzakirə ediləcək.

Əlaqədar

Milli Məclis siqaret müzakirələrini yekunlaşdırdı
Milli Məclisin plenar iclası başlayıb
Milli Məclisdə "mövzudan kənara çıxmaq" qadağası narazılıqlara yol açıb
Milli Məclisdə narazılıq: "Rus icmasının da sənədlərində nöqsanlar var"
Teqlər:
haqqında, qanun layihələri, yaz sessiyası, plenar iclas, Milli Məclis

Əsas mövzular