Respublika Günü şərəfinə bu körpü bayrağımızın rəngləri ilə işıqlanacaq

© AZƏRTACİstanbul körpüsü
İstanbul körpüsü - Sputnik Azərbaycan
Abunə olmaq
28 May - Respublika Günü şərəfinə İstanbul körpüsü üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılacaq

BAKI, 27 may — Sputnik. Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May — Respublika Günü şərəfinə nadir bayram təbriki həyata keçiriləcək.

Bu barədə AZƏRTAC xəbər yayıb.

Belə ki, mayın 28-də Fatih Sultan Mehmet körpüsü Ankara vaxtı ilə saat 20.35-dən etibarən Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq. Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişəcək.


Xəbər lenti
0