Azərbaycan - NATO əməkdaşlığı müzakirə olunub

© Official website of President of Azerbaijan Republicİlham Əliyev NATO Baş katibinin ictimai məsələlər üzrə müavinini qəbul edib
İlham Əliyev NATO Baş katibinin ictimai məsələlər üzrə müavinini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev NATO Baş katibinin ictimai məsələlər üzrə müavinini qəbul edib

BAKI, 4 may — Sputnik. Prezident İlham Əliyev NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemi qəbul edib. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
İlham Əliyev səudiyyəli naziri qəbul edib

Tacan İldem NATO baş katibinin ictimai məsələlər üzrə müavini vəzifəsində Azərbaycana ilk dəfə gəldiyindən məmnunluğunu ifadə edib, ölkəmizə sonuncu səfərindən iki il keçməsinə baxmayaraq, böyük bir inkişaf prosesinin şahidi olduğunu vurğulayıb. Tacan İldem NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemin Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə edib. NATO ilə əlaqələrə toxunan dövlət başçısı, ölkəmizin bu təşkilatla uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyini bildirib, Azərbaycanın müxtəlif proqramlar, o cümlədən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində sülhməramlı əməliyyatlarda həmişə etibarlı tərəfdaş kimi çıxış etdiyini deyib.

"Bu gün Azərbaycan sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verir, eyni zamanda, Azərbaycan hərbçiləri Əfqanıstanda təhlükəsizliyin təmin olunması işində iştirak edir, həmçinin Azərbaycan Əfqanıstanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirir" — İlham Əliyev qeyd edib.

Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində rolu diqqətə çatdırılıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.

Xəbər lenti
0