18:50 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
AZƏRBAYCAN
Qısa URL
16110

İnkişaf etməkdə olan ölkələrə maliyyə yardımı azaldılacaq və ya tamamilə ləğv ediləcək

BAKI, 30 aprel — Sputnik. "Amerika Birləşmiş Ştatlarının Azərbaycana maliyyə yardımını dayandırmasının ölkəmizə heç bir mənfi təsiri olmayacaq". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

"Bu siyahıda təkcə Azərbaycanın adı yoxdur. Belarus və Qazaxıstan kimi ölkələrə də maliyyə yardımı ləğv olunub. O cümlədən Gürcüstan, Ermənistan, Ukrayna və digər bölgə ölkələrinə də ayrılan vəsaitlər böyük ölçüdə azaldılıb. Bu, demokratik dəyərləri qiymətləndirmək üçün Amerikanın xüsusi proqramı idi. Siyasi məqsədlər güdən proqramdır. Düşünürəm ki, Azərbaycanın bu yardıma ümumiyyətlə ehtiyacı da yoxdur" — Arzu Nağıyev bildirib.

Qeyd edək ki, Birləşmiş Ştatlar Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı azaldılacaq və ya tamamilə ləğv ediləcək.

Bu barədə "Foreign Policy" jurnalı məlumat yayıb.

Donald Trampın prezident seçilməsindən sonra tərtib edilən plan özündə inkişaf etməkdə olan ölkələrə yardımın üç dəfə azalmasını ehtiva edir.

Qərara əsasən, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv edilə bilər. Ermənistana maliyyə yardımı 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq.

Əsas mövzular