CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda olay

© Sputnik / Murad OrujovНовая ветка Бакинского метрополитена
Новая ветка Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
"Dərnəgül" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən 24 saylı qatarda nasaz olduğundan ümumi xətdə gecikmə baş verib

BAKI, 27 aprel — Sputnik. "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" — "Dərnəgül" stansiyaları arasında hərəkət edən qatarlarda gecikmə olub.

Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, gecikməyə səbəb qatarlardan birində baş verən nasazlıqdır: "Bu gün saat 09:15 radələrində "Dərnəgül" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən 24 saylı qatarda nasaz olduğundan ümumi xətdə gecikmə baş verib. Nasazlıq səbəbindən qatar dayanmaq məcburiyyətində qalıb. Qatarı hərəkətə gətirmək üçün müəyyən gecikmə yarandı. Qatar artıq xətdən çıxarılıb. Hal-hazırda ümumi xətdə gecikmə olmasına baxmayaraq, bütün qatarların hərəkəti bərpa olunub. Gecikmənin tam olaraq aradan qaldırılması üçün müvafiq işlər görülür. Böyük ehtimalla, 1 saat ərzində gecikmə tam aradan qaldırılacaq".

Xəbər lenti
0