13:47 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
AZƏRBAYCAN
Qısa URL
31813179

Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi müəyyənləşib

BAKI, 25 aprel — Sputnik. Milli Məclisin plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilib. Sputnik Azərbaycan xəbər verir ki, layihəyə görə, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır.

İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.

Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 11.1.1.1-ci maddəsindəki "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi," sözlərinin "orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi," sözləri ilə əvəz edilməsi təklif olunur. Həmçinin "Azərbaycan Respublikası Dövlət müşavirlərinin" sözlərinin "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin" sözləri ilə əvəzlənməsi istənilir.

Prezident İlham Əliyevin qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində çıxışı
© Official website of President of Azerbaijan Republic

Bununla yanaşı, qanunun 11.1.2.1-ci maddəsindəki "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini," sözlərinin "orqanın rəhbərinin müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini," sözləri ilə, "habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri" sözləri "həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi" sözləri ilə əvəz edilməsi təklif edilir.

Layihə Milli Məclisə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub. Təklif Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış Birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün verilib.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Əlaqədar

Birinci vitse-prezident: "Münaqişə tezliklə öz həllini tapacaq"
Birinci vitse-prezident əsas məqsədi açıqladı
Birinci vitse-prezident: "Evdə həm Azərbaycan, həm də rus dilində danışırıq"
Politoloq: “Birinci vitse-prezident təyinatı vaxtında verilmiş qərardır”
“Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi tarixi qərardır”
Teqlər:
qanunvericilik təşəbbüsü, "Dövlət qulluğu haqqında" qanun, Birinci vitse-prezident, plenar iclas, Milli Məclis, Azərbaycan, vəzifə, prezident

Əsas mövzular