CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlar imtiyazlardan imtina etməli olacaqlar

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qanun layihəsinin müvafiq maddəsi "Korrupsiyanın qarşısının alınması" adlanır

BAKI, 20 aprel — Sputnik. Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir.

Sputnik Azərbaycan xəbər verir ki, bu, yeni hazırlanan "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsində əksini tapıb.

9-cu maddədə bildirilir ki, deputat onun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

Layihənin 9-cu maddəsində deyilir ki, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər deputatdan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməyə borcludur. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər müqabilində Milli Məclisdə müzakirə edilən məsələlərlə bağlı hər hansı formada etiraz bildirilməsi və ya dəstək verilməsi yolverilməzdir.

Qanun layihəsinin 9-cu maddəsi "Korrupsiyanın qarşısının alınması" adlanır.

Xəbər lenti
0