Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğında 120 nəfər xəsarət alıb

© Sputnik / Irade JELILSəbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ildə 2015-ci illə müqayisədə yanğından həlak olanların sayı 26 nəfər çoxdur

BAKI, 19 aprel — Sputnik. 2016-cı ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 10445 çıxış edilib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, çıxışlardan çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar – 1709 çıxış, açıq sahələrdə yanğınlar zamanı – 6776 çıxış, meşə və meşə talalarında yanğınlar – 5 çıxış, nəqliyyat vasitələrində yanğınlar – 290 çıxış, digər yanğınlar zamanı 1665 çıxış qeydə alınıb.

Yanğın hadisələri zamanı 29 nəfər həlak olub, 120 nəfər xəsarət alıb. Bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 26 nəfər və ya 48%, xəsarət alanlar üzrə 13 nəfər və ya 98% çoxdur.

Xəbər lenti
0