07:06 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
935 0 0

Əvvəllər 5 saylı cəzaçəkmə müəssisəsinin rəisi olmuş və ədliyyə orqanlarından tərxis edilmiş Etibar Məmmədyarov yenidən xidmətə bərpa edilib

BAKI, 18 apr — Sputnik. Ədliyyə Nazirliyi Penitensiar xidmətində kadr dəyişiklikləri baş verib.

APA-nın məlumatına görə, əvvəllər 5 saylı cəzaçəkmə müəssisəsinin rəisi olmuş və ədliyyə orqanlarından tərxis edilmiş Etibar Məmmədyarov yenidən xidmətə bərpa edilib. O, 10 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin edilib.

6 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Rasim Bayramov isə 7 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub. R. Bayramov əvvəllər 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi, daha sonra 16  saylı cəzaçəkmə müəssisəsində rəis müavini vəzifələrində çalışıb.

10 saylı cəzaçəkmə müəssisəsinin rəisi olmuş Eyvaz Əsgərov isə 15 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib. E. Əsgərov nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun qardaşıdır. 

Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi Mayıl Məmmədov isə vəzifəsindən azad edilib. O, Salyanda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə təyin olunub. Hazırda Tərbiyə İşinin Təşkili Vəzifəsinin rəisi vəzifəsini Emil Həsənov icra edir.

Əlaqədar

Penitensiar xidmətin dörd əməkdaşı Şəkidə həlak oldu
DİN-də yeni təyinat
İTV rəhbərliyinə yeni şəxslər təyin olundu
Xüsusi təyinatlı gözəldən Zakir Həsənova böyük jest
Teqlər:
16 saylı cəzaçəkmə müəssisəsi, 11 saylı cəzaçəkmə müəssisəsi, 7 saylı cəzaçəkmə müəssisəsi, 6 saylı cəzaçəkmə müəssisəsi, 5 saylı cəzaçəkmə müəssisəsi, 10 saylı cəzaçəkmə müəssisəsi, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsi, Ədliyyə Nazirliyi Penitensiar xidməti, Rasim Bayramov, Eyvaz Əsgərov, Arif Əsgərov, Emil Həsənov, Mayıl Məmmədov, Etibar Məmmədyarov

Əsas mövzular