Bu gün 39 məsələ həllini tapmalıdır

Abunə olmaq
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi müzakirə ediləcək

BAKI, 14 apr — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 39 məsələ daxil edilib.

İlk olaraq Hesablama Palatasının hesabatına baxılacaq. İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklərə, Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması məsələsinə, "Məktəbəqədər təhsil haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihələrinə baxılacaq.

No smoking sign - Sputnik Azərbaycan
CƏMİYYƏT
Siqaret çəkilməsi ilə bağlı sərt məhdudiyyətlərə necə baxırsınız?

Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə"də, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Geodeziya və kartoqrafiya haqqında", "Hidrometeorologiya fəaliyyəti haqqında", "Enerji resurslarından istifadə haqqında", "İstehsalat və məişət tullantıları haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Qaz təchizatı haqqında", "Xidməti və mülki silah haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Dərman vasitələri haqqında", "Fitosanitar nəzarəti haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Çayçılıq haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Taxıl haqqında", "Yeyinti məhsulları haqqında", "Toxumçuluq haqqında", "Telekommunikasiya haqqında", "Avtomobil yolları haqqında", "Texniki təhlükəsizlik haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Standartlaşma haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Qiymətli metallar və qiymətli daşlar haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Turizm haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarda, Şəhərsalma və Tikinti, İnzibati Xətalar, Vergi məcəllələrində dəyişikliklər müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0