02:04 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
2611

İran vətəndaşları Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu və İsmayıl Bərzigir Abbas oğlu saxlanılıblar

BAKI, 13 apr — Sputnik. Ötən gün Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin qeyri-leqal miqrasiya məqsədi ilə pozulması hallarının qarşısının alınması istiqamə­tin­də həyata keçirilən tədbirlər nəticəsində Astara rayo­nu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. 

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əmək­daşlarının bu gün birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İran İslam Respublika­sından Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.

Hər iki fakt üzrə DSX-da əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

“Sərhəddən-sərhədə” veloyürüşü başa çatıb
Sərhəddi keçərkən "dəmir at"ınızı unutmayın
"Sərhədsiz Avropa britaniyalıların təhlükəsizliyinə təhdiddir"
Teqlər:
Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, İsmayıl Bərzigir Abbas oğlu, Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu, Astara rayonu, Kərimbəyli kəndi, Alaşa kəndi, Füzuli rayonu, İran İslam Respublikası

Əsas mövzular